Futbol

“Sumqayıt” loqosunu dəyişdi

18.07.2019 , 15:01

2019/2020 mövsümündən etibarən “Sumqayıt” Futbol Klubu yeni loqo altında çıxış edəcək.

Korner.az klubun saytına istinadən xəbər verir ki, yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir. Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.

Sünbül Azərbaycan Respublikasının Dövlət gerbində də təsvir olunub.

Son yazılar

Yuxarı