“Sumqayıt” legioneri ilə yollarını ayırdı
12.06.2024 , 12:30

“Sumqayıt” futbolçusu Abu Dosso ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sumqayıt” ilə Dosso arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
Klub Kot d’İvuarlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən “Sumqayıt”ın uğurları üçün çalışırdı.
