Transferlər

“Sumqayıt” 2 futbolçunu transfer etdi

12.09.2019 , 18:24

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətinə 2 futbolçu cəlb edib.

Korner.az klub saytına istinadən xəbər verir ki, son mövsümü “BATE Borisov” və “Torpedo Moskva”nın heyətində keçirmiş futbolçular – Cəmaləddin Xocaniyazov və Rəhim Sadıxovla 2 illik müqavilə imzalanıb. Cəmaləddin klubda 5, Rəhim isə 90 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Sankt-Peterburq “Zenit”inin yetirməsi olan Cəmaləddin Xocaniyazov 2012-2016-cı illərdə adıçəkilən komandanın əsas və əvəzedici komandalarında çıxış edib (10 oyun). Son klubu “BATE Borisov” (2 oyun) olan Cəmaləddin Rusiyanın “Ural” (1 oyun), “Baltika” (2 oyun), “Soçi” (8 oyun), “Amkar Perm” (1 oyun) və Danimarkanın “AGF Aarhus” (35 oyun, 1 qol) klublarının şərəfini qoruyub.

Moskva “Spartak”ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində “Solyaris Moskva” (16 oyun) və “Torpedo Moskva”nın (71 oyun, 23 qol) uğurları üçün çalışıb. Rəhim Azərbaycanın U-17 və U-19 millilərində də çıxış edib.

Son yazılar

Yuxarı