“Sumqayıt” klubundan yeni təyinatla bağlı açıqlama
28.03.2019 , 16:30

“Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə yeni təyinat gerçəkləşib.
Klubun rəsmi internet saytının xəbərinə görə, bu vəzifəni Hakan Sünal icra edəcək. Klub yeni təyinatla bağlı 29 mart tarixində təqdimat mərasimi keçirəcək.
Qeyd edək ki, son olaraq Almaniyanın “FSV Frankfurt” klubunun U-19 komandasının baş məşqçisi və U-16 – U-19 arası yaş qruplarının koordinatoru vəzifəsində çalışan Hakan Sünal “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” kimi klublarda məşqçilik fəaliyyəti ilə məşğul olub. 39 yaşlı mütəxəssis həmçinin “M5 Sports” futbol məktəbinin yaradıcısı və sahibi olub.
