“Keşlə” “Sumqayıt”la, “Qarabağ” “Sabah”la heç-heçə etdi
29.02.2020 , 20:02

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında “Sumqayıt” “Keşlə”ni qəbul edib. Matç 2:2 hesablı heç-heçə ilə bitib. Günün digər oyunu isə “Qarabağ”la “Sabah” arasında baş tutub. Oyun qolsuz bərabərliklə bitib – 0:0.
Azərbaycan Premyer Liqası
XIX tur
29 fevral
“Sumqayıt” – “Keşlə” – 2:2
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.
“Qarabağ” – “Sabah” – 0:0
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Fərid Hacıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.
