“Sumqayıt” “Keşlə” ilə oyuna 1 itki ilə hazırlaşır
08.11.2018 , 17:04

Futbol üzrə Topaz Premyer Liqanın 11-ci turunda “Keşlə” ilə qarşılaşacaq “Sumqayıt” bu oyuna hazırlığını davam etdirir. Komanda bu gün Nazim Süleymanovun rəhbərliyi altında “Sumqayıt Arena”nın köməkçi meydançasında növbəti məşqini keçirib.
Zədəli Elvin Məmmədov məşqdə iştirak etməyib. Təxminən 1.5 saat davam edən hazırlıq prosesində topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışılıb. Məşqə ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, “Sumqayıt” – “Keşlə” qarşılaşması noyabrın 11-də “Bayıl Arena”da keçiriləcək və saat 19:30-da start götürəcək. Qarşılaşma CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
