“Sumqayıt” istirahəti başa vurub.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, baş məşqçi Bernhard Raabın komandası bu gün “Bayıl Arena”da “Kəpəz”lə oyunun hazırlığına start verib.
Topaz Premyer Liqasının son turunda “Turan”la keçirilən qarşılaşmada (4:0) zədələnən Orxan Əliyev hələ bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Bundan başqa, millinizin heyətində yer alan Səlahət Ağayev, Pərdis Fərcad-Azad, U-21-də olan Slavik Alxasov və U-19-un heyətinə çağırılan Ruslan Nəsirli ilə Şamil Cəmaləddinov isə hazırlıq prosesinə nisbətən gec qoşulacaq.
