“Sumqayıt” ilk transferini rəsmiləşdirdi
28.06.2024 , 12:35

“Sumqayıt” bu yay ilk transferini edib.
Korner.az xəbər verir ki, “Zirə”dən ayrılan Rəhim Sadıxovla müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Rəhim Sadıxov 2019-2022-ci illərdə də “Sumqayıt”da çıxış edib.
