Ölkə futbolu

“Sumqayıt” ilk matçında məğlub oldu

14.01.2020 , 18:17

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.

Korner.az xəbər verir ki, komanda Macarıstanın “Kaposvar” klubu ilə qarşılaşıb.

“Miracle” otelinin stadionunda baş tutan qarşılaşma “kimyaçılar”ın məğlubiyyəti ilə başa çatıb – 3:4.

Yoxlama görüşü
14 yanvar

16:00. “Sumqayıt” – “Kaposvar” (Macarıstan) – 3:4

Qollar: Mehdi Şərifi, 14, Xəyal Nəcəfov, 68, Amil Yunanov, 76 – M. Adam, 32, R. Naqi, 49, Z. Balaş, 51, 89

Son yazılar

Yuxarı