“Sumqayıt” ilə “Zirə” yoxlama oyunu keçirəcək
05.01.2021 , 16:11
Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün qalan hissəsinə hazırlığını davam etdirən “Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, sözügedən komanda “Zirə” ilə qarşılaşacaq.
Yanvarın 10-da “Dalğa Arena”da baş tutacaq oyuna saat 16:00-da start veriləcək.