Topaz Premyer Liqasının növbəti turunda doğma meydanda “Xəzər Lənkəran”ı qəbul edəcək “Sumqayıt” hazırlığa start verib.
Korner.az-ın məlumatına görə, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında səhər məşqinə çıxıb.
Xəstə olduğuna görə Uğur Pamuk və zədəli olan Pərdis Fərcaf-Azad komandadan ayrı çalışıb.
