Premyer Liqanın XXXI turunda “Bayıl Arena”da “Xəzər Lənkəran” üzərində qələbə qazanan (1:0) “Sumqayıt” iki günlük istirahəti başa vurub.
Korner.az-ın məlumatına görə, komanda bu gün Bernhard Raabın rəhbərliyi ilə Sumqayıt İdman Mərkəzində ilk məşqinə çıxıb. Premyer Liqanın son oyununda “Dalğa Arena”da “Turan”la üz-üzə gələcək “Sumqayıt”ın heyətində 2 zədəli futbolçu yer alır. Pərdis Fərcad-Azad və Orxan Əliyev hələ də hazırlıq prosesində iştirak edə bilmir.
“Turan” – “Sumqayıt” oyunu mayın 20-də saat 18:00-da “Dalğa Arena”da keçiriləcək.