Ölkə futbolu

“Sumqayıt” heç vaxt buna nail olmamışdı

19.10.2020 , 19:04

Azərbaycan Premyer Liqasının lideri olan “Sumqayıt” klub tarixinin rekorduna imza atıb.

Korner.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdi. Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudu. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı.

“Sumqayıt” bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.

Son yazılar

Yuxarı