“Sumqayıt” hazırlıqları davam etdirir
17.01.2023 , 14:23

“Sumqayıt”ın əvəzediciləri I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, komanda baş məşqçi Vüqar Quliyevin rəhbərliyi altında yanvarın 9-dan etibarən hər gün “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqlərini keçirir.
Hazırlıq planına əsasən, “Sumqayıt-2” 4 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 18-də “Neftçi-2”, 24-də “Qarabağ-2”, fevralın 1-də isə “Qaradağ Lökbatan”la qarşılaşacaq. 4-cü rəqibin kimliyi hələlik bəlli deyil.
