“Sumqayıt” hazırlığı bərpa etdi
17.03.2021 , 18:23

“Sumqayıt” 3 günlük fasilənin ardından hazırlığı bərpa edib.
Korner.az xəbər verir ki, komanda bu gün ev oyunlarını keçirdiyi stadionun ehtiyat meydançasında məşqə çıxıb.
Milli komandalarda olan 9 futbolçu məşqdə iştirak etməyib. Əvəzində “Sumqayıt” Futbol Akademiyasının bir neçə futbolçusu hazrığa cəlb olunub.
Qeyd edək ki, “Sumqayıt” hazırlıq dönəmində iki yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun yetirmələri martın 21-də MOİK-lə, 28-də isə “Sabah”la üz-üzə gələcək.
