Sumqayıt” mövsümün ikinci yarısının hazırlığına start verib. “Gənclik şəhəri” təmsilçisi baş məşqçi Samir Abasovun rəhbərliyi altında bu gün saat 11:00-da 2018-ci ildəki ilk məşqini keçirib.
Heyətə yeni cəlb olunmuş futbolçular – Elnur Abdullayev, Nicat Qurbanov və Ülvi İsgəndərov, həmçinin əvəzedici komandanın iki üzvü də hazırlıq prosesində iştirak edib.
Təxminən 20 dəqiqəlik qaçışın ardından komanda bəzi fiziki göstəricilərin artırılması yönündə çalışıb. Məşqin son hissələrində isə toplu çalışmalara üstünlük verilib və iki tərəfli oyunla hazırlıq prosesi yekunlaşıb.
