Topaz Premyer Liqasının son turunda “İnter”lə heç-heçə edən (0:0) “Sumqayıt” Futbol Klubu 4 günlük istirahəti başa vurub.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün “Kapital Bank Arena”da səhər məşqinə çıxıb.
A milli komandamızın heyətində yer alan Məhəmməd Qurbanov və U-21-in düşərgəsində olan 3 futbolçumuz – Şahradin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev hazırlığa nisbətən gec qoşulacaq. Heyətdə zədəli futbolçu yoxdu. Növbəti tura hazırlıq məqsədi ilə “Sumqayıt” “Qəbələ” ilə yoxlama oyunu keçirəcək. Həmin qarşılaşma noyabrın 12-də saat 14:00-da “Kapital Bank Arena”da baş tutacaq.