“Sumqayıt” hazırlığa başladı
27.06.2022 , 16:49
“Sumqayıt” 2022/2023 mövsümünün hazırlığına start verib.
Korner.az xəbər verir ki, “kimyaçılar” bu gün baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında ilk məşqini həyata keçirib.
“Sumqayıt” iyulun 15-dək hazırlıq prosesini Azərbaycanda keçəcək. Komanda 16 iyul tarixində isə iki həftəlik təlim-məşq toplanışı üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək.