Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” klubu növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi “Torpedo”su ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Sumqayıt”ın yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.
“Sumqayıt” Boluda son yoxlama oyununu iyulun 25-də keçirəcək.
