Zaqatalada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirmək üçün Gürcüstana yola düşüb.
Korner.az xəbər verir ki, dünən qonşu ölkə təmsilçisi “Hereti Laqodexi” klubunu 6:0 hesabı ilə üstələyən Rövşən Babayevin komandası bir gün sonra adıçəkilən klubla daha bir yoxlama oyunu keçirib.
“Sumqayıt” bu dəfə də rəqibindən üstün olub 4:0. Bu qarşılaşmada komandamızdan qolları Emil Həsənzadə (2), Xanlar Teymurov və Sahib Cümşüdov vurub.
