“Sumqayıt” günü bir məşqlə başa vurdu
17.01.2019 , 20:12

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu günü bir məşqlə yekunlaşdırıb.
Ayxan Abbasovun çalışdırdığı kollektiv iki qrup halında məşq edib. Belə ki, “Jetisu” ilə yoxlama oyununda ilk 11-likdə meydanda olanlar yüngül qaçış və fiziki hərəkətlərlə kifayətlənibsə, meydana sonradan daxil olanlar müxtəlif toplu çalışmalar edərək 1 saatlıq hazırlığı yekunlaşdırıb.
Qeyd edək ki, “Sumqayıt” sabah daha 2 məşqə çıxacaq.
