“Sumqayıt” futbolçusu ilə yolları ayırdı – Rəsmi
18.01.2021 , 15:58

“Sumqayıt” futbolçusu Kərəm Sultanovla yollarını ayırıb.
Korner.az xəbər verir ki, 24 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sultanov 2020-ci ilin avqustunda “Sumqayıt”a keçmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatırdı.
