“Sumqayıt” mübarizəni dayandırdı
31.07.2024 , 22:55

“Sumqayıt” bu gün Konfrans Liqasında cavab oyununa çıxıb.
Korner.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Macarıstan “Fehervar”ı ilə qarşılaşıb.
Görüş 0:0 hesabı ilə bitsə də, ilk oyunun nəticəsinə görə, Macarıstan təmsilçisi növbəti mərhələyə adını yazdırıb.
31 iyul
Konfrans Liqası, 2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00. “Fehervar” (Macarıstan) – “Sumqayıt” (Azərbaycan) – 0:0.
Baş hakim: Kristoffer Karlsson (İsveç)
Sekeşfehervar, “Arena Şoşto” stadionu
İlk oyun – 2:1
