“Sumqayıt” – “Fehervar” oyununa nə qədər bilet satılıb?
25.07.2024 , 14:55

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” (Macarıstan) matçına 8000 bilet satılıb.
Korner.az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Oyunun biletlərinin qiymətləri sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.
Qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.
