“Sumqayıt” – “Fehervar” matçının hakimləri
19.07.2024 , 17:30

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Florian Lata olacaq. Ona yan xətt hakimləri Xulio Mani və Reydi Zaimi köməklik edəcək.
Dördüncü hakim funksiyasını isə Kreşnik Çyapi yerinə yetirəcək.
“Sumqayıt” – “Fehervar” qarşılaşması 25 iyul saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
