Ölkə futbolu

“Sumqayıt” ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək?

06.08.2018 , 13:14

Topaz Premyer Liqasının bir neçə komandasının ev stadionunda təmir işləri gedir.

u səbəbdən Topaz Premyer Liqasının bəzi komandaları ev oyunlarını alternativ meydanda keçirəcəklər.

“Zirə” və “Neftçi” ev oyunlarını “Dalğa Arena”da keçirəcək.

Çempionatın başlanmasına azsaylı günlər qalsa da, “Sumqayıt”dan səs-soraq yoxdur. Sumqayıtdan didərgin düşən komandanın ev oyunlarını hansı stadionda keçirəcəyi bəlli deyil. “Sumqayıt”ın Bakı Olimpiya Stadionunda ev oyunlarını keçirmək varinatı da var. Bu məsələ ilə bağlı yekun qərar tezliklə veriləcək.

Qeyd edək ki, ötən mövsüm 12-ci turun  “Qarabağ” – “Sumqayıt” matçında Bakı Olimpiya Stadionu ilk dəfə çempionat oyununu qəbul etmişdi.

Son yazılar

Yuxarı