“Sumqayıt” Premyer Liqada qış fasiləsi başlamadan daha bir futbolçusu ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, gənclik şəhəri təmsilçisi Zaur Həşimovla vidalaşıb.
Sumqayıt klubu millimizin üzvü ilə gələn ilin yayına qədər olan müqaviləni dünən qarşılıqlı razılıq əsasında pozub. Bununla da Həşimov karyerasını rəsmən başa vurub.
Qeyd edək ki, “Sumqayıt” bir neçə gün əvvəl Vüqar Əsgərovu transferə çıxarıb.
