“Sumqayıt” 2013/14 mövsümü üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, son olaraq Budaq Nəsirov və Saşa Yunisoğlunu heyətinə qatan komanda “Fakel”də çıxış edən Adil İbrahimovu komandaya cəlb edib.
24 yaşlı azərbaycanlı futbolçu klubla iki illik müqavilə imzalayıb. Karyerasına “Ximki”də başlayan Adil İbrahimov Rusiya çempionatında 36 qarşılaşmada 2 qol vurub. “Skonto”nun heyətində 16 oyun keçirmiş adıçəkilən futbolçu “Fakel”də də 16 oyuna çıxıb.
