Futbol

“Sumqayıt” mübarizəni dayandırdı

29.07.2021 , 21:54

“Sumqayıt” komandası bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2-ci mərhələnin cavab oyunu çərçivəsində Serbiyanın “Çukariçki” komandasını qəbul edib. Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada təmsilçimiz  0:2 hesabı ilə məğlub olub.

Komandalar arasında Serbiyada baş tutan ilk matçda qapılara qol vurulmamışdı.

Konfrans Liqası, 2-ci mərhələ, cavab oyunu

29 iyul

20:00 Sumqayıt – Çukariçki (Serbiya) – 0:2
Baş hakim:
 Yorgen Burxardt (Danimarka)
İlk oyun 0:0

Son yazılar

Yuxarı