Futbol

“Sumqayıt” – “Çukariçki” oyununa bütün biletlər satıldı

26.07.2021 , 18:24

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Çukariçki” (Serbiya) ilə cavab matçı üçün nəzərdə tutulan biletlərin hamısı satılıb.

Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma bu görüş üçün satışa nə qədər bilet çıxarıldığı açıqlanmayıb.

Qeyd edək ki, iyulun 29-da Sumqayıtda keçiriləcək oyun saat 20:00-da start götürəcək.

Son yazılar

Yuxarı