“Sumqayıt” Cavadovu bu vəzifəyə təyin etdi
21.04.2023 , 21:48
“Sumqayıt”ın U-19 komandasının baş məşqçisi Vaqif Cavadov “Sumqayıt-2”nin baş məşqçisi təyin olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cavadovla növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2016-cı ildə futbolçu kimi “Sumqayıt” FK-nın heyətində 29 oyun keçirib, 6 dəfə rəqib qapılarına yol tapmış Vaqif Cavadov U-19 komandasının baş məşqçisi vəzifəsində keçirdiyi 27 oyunda 14 qələbə, 4 heç-heçə və 9 məğlubiyyət əldə edib.