2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” klubu növbəti yoxlama oyununu keçirib. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bernhard Raabın komandası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qaradağ Lökbatan”ı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qapılara qol vurulmayıb. Qeyd edək ki, "Sumqayıt" ötən həftə əvəzediciləri sınağa çəkmişdi (5:0).
