Raaba son şans?
“Neftçi”yə böyükhesablı məğlubiyyətdən dərhal sonra “Sumqayıt” Futbol Klubunda klubdaxili iclas keçirilib.
Korner.az-ın məlumatına görə, klubun rəhbərliyi məşqçi korpusuna xəbərdarlıq edib.
Belə ki, məğlubiyyətin səbəbləri təhlil olunaraq araşdırılacaq. Qərara görə, Bernhard Raabın rəhbərlik etdiyi məşqçilər korpusu ağır məğlubiyyətə görə klubun rəhbərliyinə hesabat verməli və növbəti turlarda nəticələrin yaxşılaşdırılması üçün müəyyən addımlar atmalı olacaq.
