Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İnter"lə qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bayıl stadionunda məşqə çıxan komandanın heyətində zədəli futbolçu yer almır.
Zədə səbəbindən "Xəzər Lənkəran"la oyunda iştirak etməyən Xəyal Mustafayev, Ceyhun Sultanov və Ruslan Qurbanov artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
U-19-un heyətində AÇ-nin seçmə mərhələsində iştirak edən Orxan Əliyev də artıq komandaya qoşulub.
Qeyd edək ki, "Sumqayıt" – "İnter" oyunu sabah saat 14:00-da start götürəcək.
