Premyer Liqanın son turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni məğlubiyyətə uğradan (3:2) "Sumqayıt" klubu "Bakı" ilə oyunun hazırlığını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aftandil Hacıyev isə bərpa prosesini yekunlaşdıraraq kollektivə qoşulub.
Murad Doymuş, Taner Taktak və əvəzedici komandadan cəlb olunmuş İsmayıl Qəhrəmanov isə fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqanın VII turu çərçivəsində doğma azarkeşləri qarşısında "Bakı"nı qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq.
