Ölkə futbolu

“Sumqayıt” bəyanat yaydı

02.09.2019 , 17:14

“Sumqayıt” Premyer Liqanın 3-cü turunda “Neftçi” ilə oyunun (2:1) son dəqiqələrində baş verən insidentə görə klubun rəsmi saytı vasitəsilə bəyanat yayıb.

“Sumqayıt” Futbol Klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də Bakı şəhərindəki 8-ci km stadionunda keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən “Sumqayıt” FK olaraq üzr istəyirik.

Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq.

“Sumqayıt” FK futbolun bir idman növü olaraq hörmət və ehtiram (Respect) kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubumuzun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır”.

Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!”, – deyirik.

Son yazılar

Yuxarı