Bu gün Premyer Liqada 12-ci tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutub.
İlk oyun Sumqayıtda oynanıb. Burada yerli komanda AZAL-ı qonaq edib. Turun son və mərkəzi qarşılaşması isə "Qarabağ" və "Qəbələ" klubları arasında olub.
15:00. “Sumqayıt” – AZAL 0:0
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Azər Əsgərov, Fərid Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
17:00. “Qarabağ” – “Qəbələ” 4:3
Qol: Nikolas Gelaşvili, 26, 50; Vüqar Nadirov, 37; Çumbinyo, 65// Lorenzo Ebesilio, 72; Leonardo Da Silva, 77; Dodo, 85
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu.
