Türkiyənin Nevşehir bölgəsində təlim-məşq toplanışını başa vuran “Sumqayıt” klubu bir günlük istirahətin ardından yenidən məşqlərə başlayıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığa başlayan Bernhard Raabın komandası səhər məşqində daha çox fiziki hazırlıq üzərində çalışıb.
Taner Taktak, Aqşin Muxtaroğlu, Sabir Allahquliyev və Uğur Pamuk zədəli olduğu üçün fərdi məşqlərlə kifayətlənib. Komanda saat 18:00-da növbəti məşqini keçirəcək.
Qeyd edək ki, “Sumqayıt” klubu Unibank Premyer Liqanın I turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda AZAL-ı qəbul edəcək. Oyun saat 18:30-da başlayacaq.
