“Sumqayıt” Ayxan Abbasovun köməkçilərini açıqladı
14.11.2018 , 19:15

“Sumqayıt”ın yeni baş məşqçisi Ayxan Abbasovun köməkçiləri müəyyənləşib
Bu vəzifə Elnur Çodarov və “Sumqayıt”ın U-19 komandasının baş məşqçisi Mehman Yunusova həvalə edilib.
Qeyd edək ki, qapıçılar üzrə məşqçi Emil Babayev, fiziki hazırlıq üzrə məşqçi funksiyasını isə Sergey Yankovyi yerinə yetirəcək.
