Ölkə futbolu

“Sumqayıt” Avroliqada 1-2 pillə irəliləyə bilər”

30.06.2020 , 12:50

Son mövsümü “Sumqayıt”da keçirən Amil Yunanovun “kimyaçılar”la müqaviləsinin müddəti bitib və hazırda azad agentdir.

27 yaşlı hücumçu korner.az-a açıqlamasında “Sumqayıt”dan yeni müqavilə təklifi almadığını bildirib:

“Bəli, “Sumqayıt”la müqaviləm başa çatıb. Klubdan heç kimlə danışmamışam. Hazırda hansısa klubdan da təklif yoxdur”

Yunanov geridə qalan mövsümü dəyərləndirərək, komandanın ilk dəfə Avropa Liqasında iştirak hüququ əldə etməsindən də söz açıb:

“Mövsümü komanda üçün uğurlu hesab edirəm ki Avroliqaya vəsiqə qazandı. Buna görə kollektivi və “Sumqayıt” azarkeşlərini təbrik edirəm. Onlar buna laiqdilər. Təcrübə baxımından geri qalsa da, komanda inanıram ki, Avroliqada 1-2 pillə irəliləyə bilər. Komandanın yaxşı potensialı var. İnşAllah “Sumqayıt” öz sözünü deyib, azarkeşlərini sevindirər”.

Mina Musayeva

Son yazılar

Yuxarı