“Sumqayıt” məşqçilər korpusunda dəyişiklik edilib. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin sabiq kapitanı 2011/2012 mövsümündə baş məşqçi Bernhard Raabın köməkçisi vəzifəsində çalışmış Aslan Kərimovla yollar rəsmən ayrılıb.
39 yaşlı mütəxəssis Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nikolay Adamın köməkçisi vəzifəsində çalışır. Kərimov bütün vaxtını yığma komandaya sərf etmək istəyini və AFFA-dakı fəal iş fəaliyyətini nəzəra alaraq, federasiyada qalmağı üstün tutub.
“Sumqayıt” rəhbərliyi milli komandanın mənafeyini nəzərə alaraq, Aslan Kərimova gələcək işlərində uğurlar arzulayıb və onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.
