“Sumqayıt” “Araz-Naxçıvan”la heç-heçə etdi
09.01.2025 , 17:35
Bu gün “Sumqayıt” “Araz-Naxçıvan”la yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, komandalar arasında görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Matç 2:2 heaablı heç-heçə ilə bitib.
“Sumqayıt”ın qollarına Cəsurbek Cəloliddinov və Giorgi Karaişvili imza atıb. “Araz-Naxçıvan”ın heyətində isə Bernardo Diaşla Nuno Rodriques fərqlənib.
Yoxlama oyunu
15:00. “Sumqayıt” – “Araz-Naxçıvan” – 2:2