XIX tur çərçivəsində fevralın 1-də evdə “Qəbələ”ni qəbul edəcək “Sumqayıt” matçın hazırlıqlarını doğma meydançasında davam etdirir.
Korner.az-ın məlumatına görə, klub eyni zamanda transfer çalışmalarını da davam etdirir.
Komandanın düşərgəsinə daha iki yeni futbolçu gəlib və bugünkü məşqdə iştirak da ediblər. Adlarını dəqiqləşdirə bilməsək də öyrənə bildik ki, hər iki futbolçu Türkiyənin “Antalyaspor” klubundan gəliblər. 1994-cü il təvəllüdlü futbolçu yarımmüdafiəçi, 1995-ci il təvəllüdlü futbolçu isə mərkəz müdafiəçi mövqeyində oynayır. Yaxın 2-3 gün ərzində hər iki futbolçu haqqında qərar veriləcək.
