“Sumqayıt” 5 cavabsız qolla qalib gəldi
19.07.2018 , 16:44

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzedici heyəti ilk yoxlama görüşündə qüvvəsini sınayıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Region Liqası təmsilçisi “Tufan”ı qəbul edən Elbrus Məmmədovun yetirmələri rəqibini 5 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, komanda növbəti yoxlama oyununu 21 iyul tarixində “Səbail”ə qarşı keçirəcək.
“Sumqayıt” – “Tufan” 5:0
QOLLAR: Nazim Bağırov (2), Ruslan Süleymanov, Kənan Allahverdiyev, İbrahim Novruzov.
