“Sumqayıt” 4 yoxlama oyunu keçirəcək
20.07.2019 , 18:55

2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” təlim-məşq toplanışı ərzində 4 yoxlama oyunu keçirəcək.
Korner.az klubun saytına istinadən xəbər verir ki,komanda iyulun 21-də Rumınyanın “Petrolul”,24-də Türkmənistanın “Ahal”,29-da Türkiyə Super Liqa təmsilçisi “Gənclərbirliyi”,avqustun 1-də isə I liqa təmsilçisi “Akhisarspor” ilə qarşılaşacaq.
Qeyd edək ki,qarşılaşmaların keçiriləcəyi yer və başlama saatları barədə hələlik məlumat verilməyib.
