“Sumqayıt” 350-ci qolu buraxdı
11.03.2019 , 17:25

“Sumqayıt” Azərbaycan çempionatlarında 350-ci qolu buraxıb.
Bu, Azərbaycan Premyer Liqasının XX turuna təsadüf edib. “Neftçi” ilə ev matçında (1:2) qonaqların vurduğu ikinci top “Gənclik şəhəri” təmsilçisinin Premyer Liqada qapısında gördüyü 350-ci qol kimi yadda qalıb.
Bu topun müəllifi Ömər Buludov olub. 2011/12 mövsümündən güclülər sırasında mübarizə aparan “Sumqayıt” 350-ci qolu 244-cü matçda buraxıb.
