2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” klubu ölkə xaricində təlim-məşq toplanışına yollanacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bernhard Raabın rəhbərlik etdiyi komanda iyulun 21-dən 30-dək Türkiyənin Nevşehir bölgəsində hazırlıq keçəcək.
“Sumqayıt” klubu Türkiyədə üç yoxlama oyunu keçirməyi planlaşdırır. Sparrinq rəqiblər barəsində klubun rəsmi saytı məlumat verəcək.