19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək isə Avstriyada təlim-məşq toplanışında iştirak edəcək.
Korner.az–ın klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın 2 üzvü – Ruslan Nəsirli və Şamil Cəmaləddinov hazırlıq prosesinə qatılacaq.
Yeri gəlmişkən, iyunun 20-dən 29-a qədər isə Bakı şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. "Sumqayıt"ın üzvü Şahmalıyev Aqşin toplanışda iştirak edəcək.