“Sumqayıt” 3-cü formasını təqdim etdi
13.09.2019 , 21:36

“Sumqayıt” klubu 2019/20 mövsümü üçün 3-cü formasını təqdim edib.
Korner.az xəbər verir ki, klubun yeni forması ağ rəngdədi.
Komanda sabah Premyer Liqanın 4-cü turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə matça məhz bu forma ilə çıxacaq.
“Sumqayıt” – “Zirə” oyununa sabah saat 18:00-da start veriləcək.
