“Sumqayıt” “20”yə çatdı
25.04.2019 , 11:11

“Sumqayıt” Azərbaycan kubokunda yubiley oyununu keçirib.
Yarımfinal mərhələsinin “Zirə” ilə ilk oyunu “Gənclik şəhəri” təmsilçisinin yarışda 20-ci matçı olub.
Ölkə kubokunda 2011/12 mövsümündə debüt edən komana ilk oyununda Bakı “Lokomotiv”ini 2:0 hesabı ilə məğlub edib.
8 mövsüm ərzində baş tutan 20 matçda sumqayıtlılar 7 qələbə qazanıb, 3 heç-heçə edib və 10 dəfə uduzub.
